“Atəşgah” Sığorta HR təlimində uğurlu çıxış etdi - Fotolar

atesgah-sigorta-hr-teliminde-ugurlu-cixis-etdi
Oxunma sayı: 162

Dekabrın 3-də ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ölkənin aparıcı HR mütəxəssisləri üçün keçirilən süni intellekt təlimi uğurla yekunlaşıb.

“Süni İntellekt Savadlılığı” proqramı çərçivəsində baş tutan təlimdə müxtəlif dövlət və özəl qurumlardan 100-ə yaxın insan resursları üzrə mütəxəssis iştirak edib.

Təlim müddətində iştirakçılar İR proseslərində süni zəkanın tətbiqi, rəqəmsal transformasiya və proseslərin avtomatlaşdırılması sahələri üzrə praktiki bacarıqlar əldə ediblər.

Eyni zamanda “Atəşgah” Sığorta Şirkəti də tədbirdə uğurla çıxış etdi. Şirkətin təqdim etdiyi nümunələr süni intellektin sığorta sektorunda İR proseslərinə inteqrasiya imkanlarını əyani şəkildə nümayiş etdirdi.