Auditoriyaya güvəndi, məğlub oldu - Video

auditoriyaya-guvendi-meglub-oldu
Oxunma sayı: 953

Türkiyənin populyar “Kim Milyoner Olmak İster?” yarışmasında həm iştirakçını, həm də auditoriyanı çətinə salan maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, iştirakçıya futbol və coğrafiya biliklərini test edən “Dəstəklədiyiniz futbol komandası Avrokuboklarda “Dinamo Zaqreb”, “Dinamo Kiyev” və “Dinamo Minsk” ilə eyni qrupa düşərsə, neçə paytaxt komandası ilə rəqib olar?” sualı ünvanlanıb.

Sualın cavabından əmin olmayan iştirakçı “auditoriya köməyi” jokerindən istifadə etmək qərarına gəlib. Lakin studiyadakı tamaşaçıların verdiyi cavab hər kəsi təəccübləndirib. Belə ki, auditoriyanın 50%-i variantlar arasından yalnız bir komandanın paytaxt təmsilçisi olduğunu işarə edib. Tamaşaçılara güvənən iştirakçı da onların rəyinə əsaslanaraq, yanlış variantı seçib.

Qeyd edək ki, həmin sualda düzgün cavab “3” olmalıdır. Belə ki, sadalanan klubların hər biri – Zaqreb (Xorvatiya), Kiyev (Ukrayna) və Minsk (Belarus) öz ölkələrinin paytaxt şəhərlərini təmsil edir.

Həm iştirakçının, həm də auditoriyanın səhv cavabı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.