“Avroviziya” təmsilçisi vəfat etdi

avroviziya-temsilcisi-vefat-etdi
Oxunma sayı: 2932

Finlandiyalı müğənni Ann-Kristin Nyström oktyabrın 8-də 78 yaşında vəfat edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ifaçının ölüm səbəbi açıqlanmayıb. Ann-Kristin 1944-cü ildə Helsinkidə anadan olub və 1962-ci ildə rus xalq melodiyasına əsaslanan ilk sinqlı olan "Lalayka"nı buraxıb.

Dörd il sonra o, Finlandiyanı Lüksemburqda keçirilən “Avroviziya” mahnı müsabiqəsində təmsil edib və onuncu olub.