Ötən gecə Bakı şəhər Nəsimi rayonu ərazisində yol qəzası olub.
“Qafqazinfo” xəbər verir ki, Azadlıq prospekti ilə Mirəli Qaşqay küçələrinin kəsişməsində "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpılıb və aşıb.
Nəticədə avtomobildə olan 2 qadın yüngül xəsarətlər alıb. Onlara ərazidə xidmət göstərən polis əməkdaşları ilkin tibbi yardım göstəriblər.
Hadisə yerindən görüntüləri təqdim edirik: