“Azərbaycan da ABŞ-yə eyni yanaşmanı tətbiq edəcək”

azerbaycan-da-abs-ye-eyni-yanasmani-tetbiq-edecek
Oxunma sayı: 2142

“ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-nin təşəbbüsü ilə keçirilən yüksəksəviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə, qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində bildirilib.

“Belə bir şəraitdə ABŞ-nin Azərbaycana yüksəksəviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik”, - açıqlamada vurğulanıb.