Azərbaycan Xarici İşlər Nazirliyi Kanadanın Tambler-Ric şəhərində baş verən faciə ilə bağlı Kanadaya başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım olunub.
“Biz Kanadanın Tambler-Ric şəhərindəki məktəbdə baş vermiş faciəvi hadisə ilə bağlı dərin kədər hissi keçiririk. Bu çətin dövrdə qurbanların ailələrinə və yaxınlarına, eləcə də Kanada hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralıların da tez bir zamanda sağalmalarını arzulayırıq”, - başsağlığında deyilir.
Son xəbərlər
Son Xəbərlər