UEFA Millətlər Liqasında Azərbaycan milli komandasının yer aldığı D Liqasının 2-ci qrupunun təqvimi açıqlanıb.
“Qafqazinfo” bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
Azərbaycan millisi Litva və Lixtenşteyn seçmələri ilə eyni qrupda yarışacaq.
UEFA-nın təsdiq etdiyi təqvim aşağıdakı kimidir:
27 sentyabr 2026-cı il
17:00. Litva - Azərbaycan
1 oktyabr 2026-cı il
20:00. Azərbaycan - Lixtenşteyn
4 oktyabr 2026-cı il
17:00. Azərbaycan - Litva
13 noyabr 2026-cı il
22:45. Lixtenşteyn - Azərbaycan
Son xəbərlər
Son Xəbərlər