Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Natəvan küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər