“Azərbaycan qələbəyə layiq idi”

azerbaycan-qelebeye-layiq-idi
Oxunma sayı: 3344

İsveç millisinin baş məşqçisi Yanne Anderson Avro-2024-ün seçmə mərhələsində səfərdə Azərbaycana 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib:

“Azərbaycan millisi çox yaxşı komandadır. Heyətində fərdi keyfiyyətləri yaxşı olan oyunçular var. Rəqib oyunun əvvəlində iki asan qol vurdu. Bundan sonra geridönüş etmək çətin idi. Azərbaycan millisi Belçika və Avstriyaya qarşı da yaxşı oynamışdı. Sadəcə bəxt onların tərəfində deyildi. Bu gün də hər şey Azərbaycanın istədiyi kimi getdi. Onları təbrik edirəm”.

- Futbolçu və baş məşqçi kimi zəngin karyeraya maliksiz. Azərbaycan millisinin vurduğu üçüncü qolu necə şərh edəcəksiz? Bu cür fantastik qol görmüşdüz?

- 2017-ci ildə Fransa millisinin qapıçısı Huqo Llorisə 45 metrdən qol vurmuşduq. Çox yaxşı qol idi. Oyunçunun konsentrasiyası, epizodu görməsi... Onu da qol münasibət ilə təbrik edirəm.

- Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansınız qalsaydı, bu gün başqa cür olardı?

- Mənim üçün fərq etmir. Bu gün biz məğlub olduq. Azərbaycan millisini təbrik edirəm. Onlar buna layiq idi. Mən isə məyusam.