“Spec-Taxi” və “Spec-Leasing” tərəfindən yaradılmış yeni mobillik fintech platforması “Leops”, Azərbaycanda taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinq modelini genişləndirmək məqsədilə 8.3 milyon AZN həcmində investisiya cəlb etdiyini elan edir.
Bu investisiya ölkənin aparıcı sərnişindaşıma platforması Bolt tərəfindən dəstəklənir və Azərbaycanın nüfuzlu maliyyə qurumlarından biri olan “Kapital Bank” tərəfindən maliyyələşdirilir.
Sürücülər üçün yeni iş imkanları
2018-ci ildə təsis edilən “Spec-Taxi”, Azərbaycanda rəsmi lisenziya əsasında fəaliyyət göstərən ilk və ən böyük taksi şirkəti olmuşdur və bu sahədə hüquqi və strukturlaşdırılmış xidmətlərə yol açmışdır. “Leops” platforması ilə şirkət artıq fintech sahəsinə daxil olaraq, sürücülərə həftəlik qazanc əsasında avtomobil icarəsi və mülkiyyətə keçid imkanı təqdim edir.
“Bu layihə təkcə mobilliklə bağlı deyil – biz burada sürücülər üçün əvəzsiz fürsətlər təklif edirik,” – deyə “Leops”un təsisçisi və baş direktoru Haşim Əliyev bildirib. “Sürücülərə müasir avtomobilləri qazanca əsaslanaraq əldə etmək imkanı veririk”.
Bu təşəbbüs, Azərbaycan taksi parkını yeniləmək üzrə qəbul olunmuş qanunvericilik aktların və hibrid/elektrik avtomobillərə keçidi təşviq etmək siyasətinin məntiqi davamı kimi özəl sektorda öz əksini tapmsıdır. Leops, bu keçidi sürətləndirmək üçün əhəmiyyətli bir rol oynayacaq.
“Leops” platformasının əsas üstünlükləri
- Sürücülərin real gəlirinə əsaslanan lizinq modeli
- Rəqəmsal tətbiq ilə avtomobilin idarə olunması, ödənişlərin izlənməsi və sürücü qeydiyyatı
- Avtoparkın genişləndirilməsində ekoloji cəhətdən təmiz – hibrid və elektrik avtomobillərə üstünlük
Cəlb olunan bu kapital sayəsində “Leops” Bakı və regionlarda fəaliyyətini genişləndirəcək, yüzlərlə yeni sürücünü platformaya qoşacaq və Bolt ekosisteminə daha dərindən inteqrasiya olunacaq. Bu isə tam rəqəmsal, hüquqi tələblərə uyğun və sürücü yönümlü bir təcrübə təqdim edəcək.
“Leops” haqqında
“Leops” – “Spec-Taxi” və “Spec-Leasing” tərəfindən yaradılmış mobillik fintech platformasıdır. “Spec-Taxi” 2018-ci ildə yaradılıb və Azərbaycanda ilk lisenziyalı taksi şirkəti kimi fəaliyyətə başlayıb. Bu gün isə şirkət texnologiya, çevik maliyyə həlləri və hüquqi və ekoloji standartlara sadiqliyi ilə sərnişindaşıma sahəsində transformasiyaya liderlik edir.
Bolt haqqında
Bolt dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən qlobal mobillik platformasıdır və istifadəçiləri vahid tətbiq vasitəsilə geniş xidmətlər spektri ilə birləşdirir. Bolt taksi şirkəti deyil, müstəqil sürücüləri, kuryerləri, biznesləri və istifadəçiləri bir araya gətirən texnologiya yönümlü platformadır. Sərnişindaşıma, yemək çatdırılması, mikromobillik və korporativ mobillik həlləri vasitəsilə Bolt rəqəmsal alətlər, çeviklik və təhlükəsizlik, səmərəlilik və dayanıqlı şəhər inkişafına güclü fokusla şəhər nəqliyyatını təkmilləşdirməyi hədəfləyir.


Son xəbərlər
Son Xəbərlər