Azərbaycan, Türkiyə və Gürсüstan arasında Bakı Bəyannaməsi imzalanıb - Fotolar

azerbaycan-turkiye-ve-gurustan-arasinda-baki-beyannamesi-imzalanib
Oxunma sayı: 1089

“Azərbaycan-Türkiyə-Gürcüstan gündəliyi çoxşaxəli, zəngin və bir çox ölkələr üçün sözün əsl mənasında nümunəvidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakıda türkiyəli və gürcü həmkarları Hakan Fidan və İlya Darçiaşvili ilə birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, üç ölkə arasında münasibətlərə nəzər saldıqda, ilk olaraq, çox yüksəksəviyyəli siyasi dialoqun şahidi oluruq: “Qanunverici orqanlar, müxtəlif dövlət qurumları arasındakı əməkdaşlıq və beynəlxalq platformalar çərçivəsində bir-birimizin dəstəklənməsi siyasi dialoqa töhfə verir. Bu gün bir daha Azərbaycan-Türkiyə-Gürcüstan arasında strateji tərəfdaşlıq və müttəfiqliq münasibətlərinin regional əməkdaşlıq formatlarının inkişaf etdirilməsinin önəmi ifadə edildi. Əlaqələrin daha da möhkəmləndirilməsinə və genişləndirilməsi üçün bu gün imzalanan Bakı Bəyannaməsinin əlavə töhfə verəcəyinə tam əminik”.