Prezidentlər təkbətək görüşdü - Fotolar

prezidentler-tekbetek-gorusdu
Oxunma sayı: 892

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki “Villa Borsig” iqamətgahına gəldi.

“Qafqazinfo” xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.

Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib.