Azərbaycanda 29 il əvvəl öldürülmüş şəxsin qatili tapıldı

azerbaycanda-29-il-evvel-oldurulmus-sexsin-qatili-tapildi
Oxunma sayı: 4768

Azərbaycanda 29 il əvvəl törədilmiş cinayətin üstü açılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Xəbəri rus dilində oxuyun: В Азербайджане раскрыто убийство, совершенное 29 лет назад

Həmçinin oxuyun: Российский депутат переехал ребенка и сбежал - Видео

Bildirilib ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzilində güllə xəsarətləri ilə meyitinin aşkar edilməsi üzrə cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından cinayət işi üzrə icraat dayandırılıb. Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib. Müəyyən edilib ki, 26 noyabr 1993-cü ildə zərərçəkmişin iş yoldaşı Nazim Bayramov Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşıb.

28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.