“Azərbaycanda bütün neyrocərrahiyyə əməliyyatları mümkündür” - Video

azerbaycanda-butun-neyrocerrahiyye-emeliyyatlari-mumkundur
Oxunma sayı: 11527

T.ü.f.d Neyrocərrah İsmayıl Qarayev 1983-cü ildə Quba şəhərində, həkim ailəsində anadan olub. 1989-cu ildə Quba şəhəri 3 saylı orta məktəbində təhsilinə başlayıb. O, 2000-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olub və 2006-cı ildə fərqlənmə diplomu ilə universiteti bitirib. 2006-2007-ci illərdə TTYX-də İnternatura keçib. 2007-2009-cu illərdə Ukrayna, Kiyev şəhərində kliniki ordinatura keçib. 2010-cu ildə Almaniya, Berlin şəhərində “FELLOWSHIP” keçib.

2013-cü ildə Türkiyə, İzmir şəhərində “SPİNAL NEYROŞİRURJİ İLERİ-FELLOWSHİP”in  iştirakçısı olub. Bundan əlavə Kolumbiya, Türkiyə, Almaniya, Ukrayna, Misir və s. ölkələrdə təşkil olunan bir çox konfranslarda iştirak edib. 

2021-ci ildə "Onurğanın boyun nahiyyəsinin sinir strukturlarının diskogen kompressiyasının klinika və cərrahi müalicə üsulları" mövzusunda dissertasiya işini müdafiə edərək,Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Neyrocərrah hal-hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasında neyrocərrahiyyə kafedrasının Assistentidir.

- Azərbaycanda ən çox hansı neyrocərrahi əməliyyatlarla bağlı müraciətlər olur?

- Günümüzdə daha çox onurğa patologiyaları ilə bağlı müraciətlər olur. Böyük ehtimal bu hərəkətsizlik və ya mübadilə pozuntuları ilə bağlıdır. Fəqərarası disk yırtıqları, fəqərəarası sürüşmələr və başqa buna bənzər xəstəliklərə rast gəlinir. Təəssüf ki, son zamanlar onkoloji xəstəliklər də artmaqdadır. 

- Son illər onurğa yırtıqları ilə bağlı şikayətlərə çox rast gəlinir. Bu xəstəliyin bu qədər geniş yayılması nə ilə əlaqədardır?
- İlk növbədə hərəkətsizlik. İnstaqramda və ya digər vasitələrlə bu barədə danışmışıq. İndiki zamanda daha çox şəxsi nəqliyyat vasitələrinin artması, sərbəst hərəkət edə bilməməyimiz, şəxsi avtomobillərdə gəzməyimiz buna təsir edir. İnsanların həyat tərzi, oturaq iş rejimi də səbəblər arasındadır. Mübadilə pozuntusuna gəlincə, “fast food”lardan daha çox istifadə edilir və bu nəticədə artıq çəkinin yaranmasına gətirib çıxarır. Müayinə üsulları da müəyyən qədər rahatlaşıb. Maqnit rezonans tomoqrafiyanın olması xəstəliyin daha asan şəkildə aşkarlanmasına kömək edir. 

- Hansı neyrocərrahiyyə əməliyyatları Azərbaycanda mümkün deyil? Bunun üçün xəstələr xaricə getmək məcburiyyətində qalırlar?

- Müasir Azərbaycanda xaricdə edilən istənilən neyrocərrahiyyə əməliyyatı edilir. Bunu tam əminliklə deyə bilərəm. Baş-beyinin həyati vacib funksiyalarında kiçik və ya böyük həcmli əməliyyatlar olur, hansı ki, onları ya çıxartmaq mümkün deyil, ya da ki, ora yanaşma olduğu halda kiçik olduğu üçün tapılmır. Bu zaman “Cyber knife – Gamma knife” readiocərrahiyyə üsulundan istifadə edilir ki, həmin cihazlar Azərbaycanda yoxdur. Bunlar nadir paologiyalardır. Digər istənilən əməliyyat edilir. 

 - Beyin şişlərinin yaranması nə ilə əlaqədardır? Xarici faktorlar burada nə dərəcədə rol oynayır?

- İstənilən xəstəliyin yaranması üçün siqnal uşaq dünyaya gəlməmişdən öncə verilir. Genetik kodlaşma zamanı müəyyən olur ki, nə vaxtsa bu xəstəliyin üzə çıxacağı bəlli olur. Onkoloji xəstəliklərin də bir çoxu bu cür yaranır. Təbii ki, bununla yanaşı xarici faktorlar da var. Daha çox şüalanma buna səbəb olur. Telefonların və digər vasitələrin onkoloji xəstəlikləri yarada bilər. Əsasən isə bətndaxili inkişaf zamanı əsas qoyulur. 

- Hansı beyin əməliyyatları risklidir və onları edərkən bir neçə dəfə düşünürsünüz, məsləhətləşirsiniz?

- İstənilən əməliyyatın riski var. Bəzilərində çox, bəzilərində isə azdır. Beyin kötüyündə olan xəstəliklərin əməliyyatı zamanı risk daha yüksəkdir. Damar patologiyaları risklidir. Çünki cərrahi baxımdan hər şey düzgün edilsə də, orqanizmin necə reaksiya verəcəyi bəlli deyil. Bəzən fərqli, xoşagəlməyən nəticələr olur. 

- Praktikanızda hansı ən riskli əməliyyatı xatırlayırsınız?

- Bir çox riskli əməliyyatlar olub. Amma daha çox riskli hesab etdiyim əməliyyatdan qabaq nevroloji defisitin az olduğu hallardır. Məsələn, normal insandır, amma problemləri var və əməliyyat edilməlidir. Bu təbii ki, risklidir. Onun nəticələrini düşündükcə, risk aldığını hiss edirsən. Amma kobud nevroloji defisitdirsə, mən bunu riskli saymıram. Xatirimə gələn bir gənc oğlan yanıma gəlmişdi. Suya baş vurması nəticəsində 4-cü boyun fəqərəsi tamamilə dağılmışdı. Amma xoşbəxtlikdən xəstənin özündə çox da kobud nevroloji defisit yox idi. Əməliyyat olunmalı idi və bir neçə sınmış fəqərə cismi oradan xaric edilməli idi. Vacib strkturlar var ki, onları qorumaq lazım idi. 

- Uşaqlar arasında da neyrocərrahi xəstəliklərə rast gəlinir. Kiçik yaşda cərrahi müdaxilələri böyüklərlə müqayisədə daha effektiv saymaq olarmı?

- Xəstəliyin erkən mərhələsində müdaxilə daha yüksək və xoş nəticələr almaq olur. Uşaqlarda təəssüf ki, neyrocərrahi patologiyalar çox vaxt xoş olmur. Bəzi şeylər var ki, onların nevroloji defisit pisləşməmiş müdaxilə yaxşı nəticələrə gətirib çıxarar. 

- Bu xəstəliklər arasında əməliyyata ehtiyac olmadan sağalan xəstəliklər varmı?

- Disk yırtıqları, mərkəzi yerdə yerləşmiş bu yırtıqlar öz-özünə müalicə oluna bilər. Digərləri isə adı üstündədir: neyrocərrahi əməliyyatlar.