“Heç kim Ukraynaya söz verməyib ki...” - Rutte

hec-kim-ukraynaya-soz-vermeyib-ki
Oxunma sayı: 3167

“Heç kim Ukraynaya söz verməyib ki, Alyansa üzvlük sülh sazişinin tərkib hissəsi olacaq”.

“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

“Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Heç kim Ukraynaya NATO üzvlüyünün müqavilənin bir hissəsi olacağına söz verməyib. Ancaq Ukraynanın üzvlüyünə gəlincə, qərarlar Vaşinqton sammitində verilir”, - o bildirib.

Eyni zamanda, Rutte qeyd edib ki, Ukraynanın Alyansa üzvlüyü məsələsi gündəmdə qalır və qalacaq.