Birinci kurs tələbəsi özünü güllələdi - Yenilənib

birinci-kurs-telebesi-ozunu-gulleledi
Oxunma sayı: 16075

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Nihad Məmmədli vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.

Tələbənin vəfat səbəbi açıqlanmayıb.

Qeyd olunur ki, N.Məmmədli AzTU-nun informasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbəsi olub.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nihad Məmmədli intihar edib. O, yaşadığı Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evdə özünü güllələyib.