Türkiyəli aktrisa Hande Erçel imicində dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, aktrisa başına parik qoyaraq fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Belə ki, onu yeni imicdə görən izləyiciləri aktrisanın saçlarını kəsdirdiyini düşünüb.
Məlum olub ki, aktrisa bu addımı “İki dünya bir dilek” filmində canlandıracağı “Bilge” obrazı üçün atıb.
Aktrisanın yeni görünüşünü bəyənənlər olsa da, çoxları ona uzun saçların daha çox yaraşdığını qeyd edib.