Ucarda xəstə narkozdan sonra komaya düşdü

ucarda-xeste-narkozdan-sonra-komaya-dusdu
Oxunma sayı: 1611

Ucar rayonunda xəstə iynədən sonra komaya düşüb.

“Qafqazinfo" xəbər verir ki, hadisə rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayonun Qazyan kənd sakini 26 yaşlı Sübhan Hüseynova əməliyyat üçün vurulan narkozun iynəsi onu kamotoz vəziyyətinə salıb.

Xəstəxananın reanimasiya şöbəsinə köçürülən S. Hüseynovun vəziyyətinin dəyişməz olduğu bildirilir.

Surxay Şahbazov