Azərbaycanın bu şəhəri beynəlxalq irs siyahısında

azerbaycanin-bu-seheri-beynelxalq-irs-siyahisinda
Oxunma sayı: 796

“Ordubad Tarix-Memarlıq Qoruğu” ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Özbəkistanın Daşkənd şəhərində keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyasında qərar qəbul olunub.

Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilib.

Xatırladaq ki, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu 2024-cü ildə yaradılıb.