“Azeri Light” 82 dollara düşdü

azeri-light-82-dollara-dusdu
Oxunma sayı: 778

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bir az da ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,81 dollar və ya 4,44% azalaraq 82 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 85,81 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.