“Azeri Light” bahalaşdı

azeri-light-bahalasdi
Oxunma sayı: 2080

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,61 ABŞ dolları artaraq 85,05 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, ötən gün neftimiz 84,44 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.