“Azərbaycanla əldə olunan razılaşmaların sülh sazişinə daxil edilməsi və onun imzalanmasının vaxtı çatıb”.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.
Paşinyan bu yaxınlarda Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə başlanılması barədə əldə olunan razılaşmanı da xatırladıb.