“Azeri Light”ın qiyməti 89 dollara çatır

azeri-lightin-qiymeti-89-dollara-catir
Oxunma sayı: 2056

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,4 % və ya 0,31 dollar artaraq 88,82 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.