“Azəriqaz” yanında İctimai Şuraya seçkilər keçirilir - Fotolar

azeriqaz-yaninda-ictimai-suraya-seckiler-kecirilir
Oxunma sayı: 975

Dekabr ayının 19-u saat 09:00-dan etibarən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərə start verilib.

“Qafqazinfo” xəbər verir ki, seçkilər Birliyin inzibati binasında saat 14:00-dək davam edəcək.

Namizədlər arasında ölkənin ictimai həyatında kifayət qədər nüfuzu olan tanınmış vətəndaş cəmiyyəti institutu nümayəndələri yer alır. Şəffaflığın təmin olunması məqsədi ilə seçki prosesi “Facebook” sosial şəbəkəsi üzərindən birbaşa yayımla geniş auditoriyaya təqdim edilir.

Məlumat üçün bildirək ki, seçki prosesinə 2023-cü ilin oktyabr ayının 27-dən başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı noyabr ayının 28-dək davam edib. Ümumilikdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya 7 üzv yerinə 23 namizəd irəli sürülüb. Sonrakı mərhələdə səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı aparılıb və hazırda 299 nəfər səsvermə hüququ əldə edib.