“Azəriqaz”ın Naxçıvandakı abonentlərinin sayı - Açıqlandı

azeriqazin-naxcivandaki-abonentlerinin-sayi
Oxunma sayı: 684

“Hazırda Naxçıvan Muxtar Respublikası 9 qazpaylayıcı stansiya vasitəsilə təbii qazla təmin olunur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin bu gün Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi media-tur çərçivəsində keçirilən brifinqdə Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov deyib. 

O bildirib ki, bütün yaşayış məntəqələri 100% qazlaşdırılıb: “Qaz kəmərlərinin ümumi uzunluğu 9287 km təşkil edir. Abonentlərin ümumi sayı 94 mindən çoxdur”.

Görüləcək və planlaşdırılan işlər barədə məlumat verən R. Cavadov qeyd edib ki, Naxçıvan şəhərində əsas qaz kəmərlərinin daha böyük diametrli borularla əvəz olunması, mərkəzi qazanxana üçün yeni qaz xəttinin çəkilməsi, köhnə və korroziyaya uğramış boruların dəyişdirilməsi və qaz şəbəkəsində texniki yenilənmə işlərinin aparılması nəzərdə tutulur: “Bununla yanaşı, gələcək planlarımız da məlumdur. Hazırda 2027–2030-cu illəri əhatə edən tədbirlər planı hazırlanaraq təqdim olunub. Bununla yanaşı, qaz kəmərlərinin kipliyinin yoxlanılması planlaşdırılır, istismar müddəti bitmiş sayğaclar dövlət yoxlamasından keçiriləcək. Sonda qeyd etmək istəyirəm ki, qarşıdakı payız-qış mövsümünə hazırlıq çərçivəsində mövcud çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdiriləcək”. 

Nuranə Daxilqızı