Azərbaycan yunan-Roma güləşi üzrə millisi komanda hesabında Avropa çempionu olub.
“Qafqazinfo” xəbər verir ki, yığmamız Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə 2 qızıl və 3 bürünc medal qazanmaqla buna nail olub.
Ümumilikdə 133 xal toplayan güləşçilərimiz birinci pilləyə sahib çıxıb.
İkinci yeri Türkiyə, üçüncü yeri isə Gürcüstan tutub.
Millinin heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
Son xəbərlər
Son Xəbərlər