Respublika Kliniki Uroloji Xəstəxananın direktoru Pərviz Hacıyev vəzifəsindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında yazıb.
“RKUX-dan yenidən ayrılmaq qərarı verdim. Bu qərarı vermək asan olmadı, amma bunun üçün əsaslı səbəblərim var. Ən başlıca səbəb, hər zaman olduğu kimi, mənim üçün ən vacib olan balaca dostlarıma, xəstələrimə daha çox vaxt ayırmaq ehtiyacıdır.
Bununla yanaşı, Avropa Uroloji Cəmiyyətinin Təlimat komitəsinə üzv seçilməyim səbəbilə çox oxumalı, araşdırmalı, yazmalı və bu istiqamətdə daha çox vaxt ayırmalı olduğum işlər də əhəmiyyətli dərəcədə artıb.
TƏBİB və kollektivi hər dönəmdə mənə dəstək olub. Bir müddət əvvəl də öz istəyimlə ərizəmi təqdim etdim və bunu anlayışla qarşıladıqları üçün minnətdaram”, - deyə o əlavə edib.
Qeyd edək ki, o bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunmuşdu. Pərviz Hacıyev 2020-2022-ci illərdə də bu xəstəxanada baş həkim vəzifəsində çalışıb və öz istəyi ilə ayrılıb.
Son xəbərlər
Son Xəbərlər