“Azeronline”dan qazaxlılara özəl kampaniya!

azeronlinedan-qazaxlilara-ozel-kampaniya
Oxunma sayı: 1496

“Azeronline” internet provayderi olaraq artıq 25 ildir, Azərbaycan ərazisində fəaliyyət göstəririk. Hər zaman hər dövrün özünəməxsus qabaqcıl texnoloji həlləri ilə internet xidmətinin son istifadəçiyə ötürülməsini təmin etməyə çalışmışıq. Müasir dövrümüzdə, internetin uşaqdan-böyüyə hər kəsin gündəlik həyatında əvəzolunmaz amilə çevrildiyi bir dönəmdə xidmətin təminatı əraziyə uyğun olaraq, əsasən GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) üzərindən təmin olunur. Fiber-optik internet keyfiyyətli, sürətli və limitsiz bağlantını təmin edərək qlobal şəbəkənin imkanlarından rahatlıqla və kəsintisiz faydalanmağa imkan yaradır.

Təqdim etdiyimiz xidmətin nə qədər önəmli olduğunu bildiyimiz üçün onu hər kəsə əlçatan etməyi özümüzə borc bilirik. Bu səbəbdən mütəmadi olaraq fərqli bölgələrdə güzəştli kampaniyalar keçirərək sərfəli şərtlərlə fiber-optik internet xidmətinə qoşulmanı təmin etməyə çalışırıq.

“Azeronline” olaraq bu dəfə Qazax ərazisində yaşayan həmvətənlərimizi sevindirməyə qərar verdik. Belə ki, 1-29 fevral tarixlərində Qazax ərazisində keçirilən kampaniya çərçivəsində xidmətə qoşulmaq üçün yalnız biraylıq xidmət haqqını ödəmək kifayətdir. Yeni qoşulan abonent həm yeni nəsil dual-band modemlə tam ödənişsiz təmin olunur, həm də növbəti ayın internet xidmətini hədiyyə olaraq qazanır. Odur ki, hələ də “Azeronline” abunəçisi olmayan yerli əhalini fürsəti qaçırmadan fevral ayı boyunca davam edəcək bu özəl kampaniyadan yararlanmağa dəvət edirik. Bunun üçün ONLAYN QEYDİYYAT formasını dolduraraq qeydiyyatdan keçmək və ya 8220 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Qazax rayonunda “Azeronline” internet xidmətinin təminatı qısa müddət əvvəl başlamağına baxmayaraq, ərazidə 6000-dək aktiv istifadəçimiz mövcuddur. Adıçəkilən ərazidə layihənin tam təhvil verilməsi 2024-cü ilin may ayına planlaşdırılır. Qeyd edək ki, “Azeronline” şəbəkəsi mərkəz, kənd və qəsəbələr daxil olmaqla, Qazax rayonunun 80%-dən artıq sahəsini əhatə edir. Yerli əhalinin Ümumdünya Şəbəkəsinə keyfiyyətli bağlantısını təmin edə bildiyimiz üçün qürurluyuq.

“Azeronline”ın təklif etdiyi etibarlı internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Bunlar sürətli quraşdırma, kəsintisiz internet təminatı və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 18 AZN-dən başlayır.

Qeyd edək ki, GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün 8220 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək və ya azeronline.com səhifəsinə daxil olmaq kifayətdir. Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyən hər kəs ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda optik internet istifadəçisinə çevrilə bilər.

Şirkət haqqında

“Azeronline LTD” BM ölkənin yüksəksürətli internet və genişzolaqlı xidmətlərlə təmin edilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsinə öz töhfəsini verməkdə davam edir.

“Azeronline LTD” BM 1999-cu il 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. 160 000-dən çox müştəri bazasına malik olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer alır.