ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyat zamanı 1000-dən çox uzaqmənzilli “Tomahawk” raketlərindən istifadə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb.
Bundan başqa, Vaşinqtonun döyüş əməliyyatları zamanı hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan 1500-2000 arası kritik əhəmiyyətli raket sərf etdiyi bildirilir. Bu raketlərin həm də “Patriot” və THAAD kompleksləri üçün nəzərdə tutulduğu bildirilir.
Nəşr ehtiyatların bərpası üçün altı ilə qədər vaxt tələb oluna biləcəyini iddia edib.
“Bu səbəbdən ABŞ administrasiyasında gələcək böhranlar zamanı operativ planların yenidən nəzərdən keçirilməsi imkanının müzakirəsinə başlanılıb”, - məqalədə deyilir.
Məlumata görə, amerikalı məmurların bir qismi indiki vəziyyətdə yaxın gələcəkdə Çin ilə mümkün münaqişə halında Tayvanın müdafiəsi planlarını tam həyata keçirmək qabiliyyətinə şübhə ilə yanaşır.
Son xəbərlər
Son Xəbərlər