“Urban Crew” “Lukoil Azərbaycan” QSC-nin Füzulidə keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi - Fotolar

urban-crew-lukoil-azerbaycan-qsc-nin-fuzulide-kecirilen-tedbirini-innovativ-yanasma-ile-heyata-kecirdi
Oxunma sayı: 242

24 aprel tarixində Füzuli şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimi baş tutub. “LUKOIL-Azərbaycan QSC”nin sifarişi ilə tədbirin konsepti və icrası “Urban Crew” şirkəti tərəfindən həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir klassik açılış formatından fərqli olaraq, müasir texnologiyalar və kreativ həllərlə təşkil edilib. Səhnə quruluşu, vizual elementlər və proqram axını innovativ yanaşma əsasında hazırlanaraq vahid konseptdə təqdim olunub.

“Urban Crew” şirkətinin direktoru Ülviyyə Cəlilzadə bildirib ki, tədbirin müasir standartlara cavab verməsi əsas prioritetlərdən biri olub:

“Biz hər bir layihədə fərqli yanaşma tətbiq etməyə çalışırıq. Bu açılışda da texnologiya və kreativliyi birləşdirərək yadda qalan atmosfer yaratmağa fokuslandıq. Tədbirin yüksək səviyyədə təşkili üçün komandamız böyük həvəslə çalışdı.”

Xatırladaq ki, açılış mərasimində “Lukoil” şirkətinin təsisçisi Vahid Ələkbərov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və “Lukoil Azərbaycan”ın direktoru Rasim Əmrullayev iştirak ediblər.

Qeyd edək ki, “Urban Crew” bundan əvvəl də Qarabağ regionunda iri miqyaslı layihələr həyata keçirərək tədbir idarəetməsi sahəsində etibarlı tərəfdaş kimi tanınıb. Şirkət gələcəkdə də regionda fəaliyyətini genişləndirərək müasir və innovativ yanaşmalarla bu sahədə aparıcı icraçılardan biri olmağı hədəfləyir.