Nazir Çinin Kibermühit Administrasiyasının rəhbəri ilə görüşdü - Foto

nazir-cinin-kibermuhit-administrasiyasinin-rehberi-ile-gorusdu
Oxunma sayı: 335

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Kibermühit Administrasiyasının rəhbəri Cuan Junven ilə görüş keçirib. 

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. 

İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışılıb.