İslam finalda! - Yenilənib

islam-finalda
Oxunma sayı: 1169

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, İslam Bazarqanov (57 kq) 1/4 finalda Arıyan Tsyutrini (UWW) məğlub edərək buna nail olub.

Cəbrayıl Hacıyev (79 kq) isə eyni raundda Aksarbek Qulayevdən (Slovakiya) güclü olub.

Bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

***

Azərbaycan sərbəst güləşçisi İslam Bazarqanov Avropa çempionatının finalına çıxıb. O, gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.