“Müstəqilliyimizin ilk ilində çətin və gərgin günlərlə üz-üzə qalan Azərbaycan nicat yolunu məhz Ulu Öndər Heydər Əliyevin simasında gördü. Belə bir vəziyyətdə Azərbaycanın sayılan-seçilən dəyərli ziyalıları, ölkənin gələcəyini düşünən insanlar məhz buna görə Ümummilli Liderə müraciət ünvanlamışdılar. Həmin gərgin illərdə bütün proseslərin mərkəzində isə Nərimanov rayonu dayanırdı. Ulu Öndərin siyasətini dəstəkləyənlərlə ilk görüşü də məhz Nərimanov rayonunda olub”.
“Qafqazinfo” Belediyye.info-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən konfransda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
O bildirib ki, respublikamızın sosial-mədəni, siyasi-iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında məhz Ulu Öndərin müstəsna rolunun olması danılmaz faktdır. Ümummilli Lider əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə ölkəmizi bu çətin və gərgin günlərdən çıxarmış oldu.
Təmraz Tağıyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan bələdiyyə sisteminin formalaşması, qanunvericilik bazasının hazırlanması, ilk bələdiyyə seçkilərinin təşkili Ulu Öndərin adı ilə sıx bağlıdır: “İyirmi altı ildir ölkə bələdiyyələri Ulu Öndərin tövsiyələrinə uyğun fəaliyyətdə və inkişafdadır. Bu gün hər bir bələdiyyənin fəaliyyəti Ulu Öndərin bu fikirlərinə söykənir. Ulu Öndər çıxışlarının birində deyirdi: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Bələdiyyələrin seçilməsi, onların təşkili və fəaliyyəti cəmiyyətimiz və dövlətimiz üçün çox vacibdir”.
Bu gün tam əminliklə deyirəm ki, rayonların sosial-iqtisadi inkişafında, əhalinin həssas təbəqəsinə maddi və mənəvi dəstəyin göstərilməsində bələdiyyələr daim yerli icra hakimiyyəti orqanlarının yanındadırlar. Üstəlik Administrasiyanın bələdiyyələrlə iş sektorunun dəstəyi ilə yaradılan BAMS proqramının bələdiyyələrin büdcə gəlirlərinin artmasında xüsusi rolu olub.
Bu gün hər bir bələdiyyə orqanı var qüvvəsi ilə çalışıb inzibati ərazisində ölkə başçısının daim tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsi üçün öz töhfəsini verməkdədir”.





Son xəbərlər
Son Xəbərlər