“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

baki-irevan-danisiqlarinda-astananin-vasiteciliyinden-sohbet-getmir
Oxunma sayı: 1587

“Almatıda keçiriləcək danışıqlar sırf Azərbaycanla Ermənistan arasında baş tutacaq. Burada Qazaxıstanın vasitəçiliyindən söhbət getmir”.

“Qafqazinfo” “Aysor”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib. 

Onun sözlərinə görə, Qazaxıstan sadəcə danışıqlar üçün platforma təqdim edir: “Əgər hər iki tərəf sülhə nail olsa və sülh müqaviləsi bizim ərazimizdə imzalansa, bu, bütün regiona müsbət təsir edəcək”.

Xatırladaq ki, Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçiriləcək. Görüşün dəqiq tarixi məlum deyil.