“Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır. Bu xəritələrin məqsədi ərazilər üzrə seysmik risk səviyyəsini daha dəqiq müəyyənləşdirmək, xüsusilə sıx məskunlaşan zonalarda tikinti və şəhərsalma qərarlarının elmi əsaslarla verilməsinə imkan yaratmaqdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini Adil Abdullayev məlumat verib.
O bildirib ki, yeni xəritələr yalnız ehtimal olunan zəlzələ ocaqlarını deyil, həm də ərazinin tikinti üçün nə dərəcədə həssas olduğunu göstərməyə xidmət edəcək.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə qeyd edib ki, zəlzələni əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil.
“Amma hazırkı müşahidələrə əsasən, ölkə ərazisində dağıdıcı gücə malik zəlzələ gözlənilmir”.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər