Bakıda intihar hadisəsi baş verib.
Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14.45 radələrində Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Ayşən Dadaşova özünü 19-cu mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
Sakinlərin Milli.Az-a verdikləri məlumata görə, intihar edən xanım həmin binada yaşayırmış və 3 yaşlı bir övladı var. Hadisənin şahidi olmuş qonşulardan birinin verdiyi məlumata görə, qadın ailədaxili münaqişə nəticəsində intihar edib. Hətta onun hadisədən bir neçə dəqiqə öncə həyat yoldaşı ilə mübahisə etdiyini eşidənlər də olub.
Son xəbərlər
Son Xəbərlər