Bakıda 35 yaşlı kişi mağazada öldü

bakida-35-yasli-kisi-magazada-oldu
Oxunma sayı: 4238

Bakıda mağazalardan birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt sakini, 1987-ci il təvəllüdlü Z.Baxşəlizadə dünən saat 21 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 61-də yerləşən mağazada olarkən halı qəfil pisləşib. Bir neçə dəqiqə sonra 35 yaşlı şəxsin vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza