Bakıda bu bölməyə yeni rəis təyin olundu

bakida-bu-bolmeye-yeni-reis-teyin-olundu
Oxunma sayı: 7751

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə yeni rəis təyin olunub.

"Qafqazinfo"nun məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazovun bununla bağlı əmr izmalayıb. Əmrə əsasən, polis mayoru Samir Çobanov bölməyə rəis gətirilib. O, bundan əvvəl həmin bölmədə rəis müavini idi.

Qeyd edək ki, sözügedən vəzifə sentyabrdan bəri boş idi. 32-ci PB-nin əvvəlki rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli sentyabrın 22-də Suraxanı Rayon Polis İdarəsinin rəis müavini təyin olunmuşdu.

Amin Nəzərli