Bakıda “Prius” müəllimi vurub öldürdü - Yenilənib-Foto

bakida-prius-muellimi-vurub-oldurdu
Oxunma sayı: 4613

Dekabrın 27-də Bakı şəhəri Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, “Planet” şadlıq evinin qarşısında Pərviz Rzayev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vurub. Nəticədə piyada aldığı xəstarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.

***

“Qafqazinfo”nun məlumatına görə, avtomobilin vurub öldürdüyü F.İbrahimov 271 nömrəli orta məktəbin kimya-biologiya müəllimi imiş.