Bakıda şagirdlər arasında kütləvi dava - Rəsmi açıqlama - Yenilənib

bakida-sagirdler-arasinda-kutlevi-dava
Oxunma sayı: 9727

Bakının Pirşağı qəsəbəsində bir qrup məktəbli arasında kütləvi dava olub.

“Qafqazinfo” xəbər verir ki, insident 188 saylı tam orta məktəbin şagirdləri arasında qeydə alınıb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev saytımıza bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

***

Hadisə ilə bağlı 188 nömrəli tam orta məktəb məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub.  

Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.