Bakıda “Sərhədsiz İncəsənət” - Fotolar

bakida-serhedsiz-incesenet
Oxunma sayı: 3683

“Yeni Era” Dünya Rəssamlar Akademiyasının Bakı təmsilçiliyinin “Sənət Evi”ndə “Sərhədsiz İncəsənət” adlı 2-ci Beynəlxalq sərgi keçirilib.

Qafqazinfo”nun məlumatına görə, sərginin açılışını Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü, incəsənət xadimi, professor Arif Əziz edib. O, gələn bütün qonaqları salamlayıb, onlara xoş istirahət arzu edib.

Sərginin açılışında bir çox tanınmış insan, rəsmi şəxslər və mədəniyyət işçiləri qatılıblar. Bu, “Sənət evi” tərəfindən təşkil olunan birinci sərgi deyil. Sərgidə iştirak edən rəssamlar əsərlərini sərhəddən kənarda da-Rusiya, Türkiyə, Bolqarıstan, Gürcüstan, Sinqapur və sairə kimi dövlətlərdə yüksək səviyyədə təqdim ediblər.

Sərgidə Arif Əziz, Sakit Məmmədov kimi rəssamların əsərləri ilə yanaşı gənc rəssamlar Ayan Əziz Məmmədova, Aylel Heydərova, Nizar Məmmədov, Aysel Əzizova, Cəsar Məmmədov, Aqşin Kazımov, Diləfruz Bağırova, Nigar Bağırova, Nihad Ağazadə, Ramiz İskəndərli, Aynur Məmmədova, Əfsanə Həbib və digərlərinin əsərləri nümayiş olunub.

Qeyd edək ki, “Sənət Evi”ndə belə sərgilər mütamadi olaraq Arif Əziz tərəfindən təşkil olunacaq.