“Bakubus” avtobusu yolda qaldı - Video

bakubus-avtobusu-yolda-qaldi
Oxunma sayı: 1399

Bakı küçələrinin yağış suları ilə dolması ictimai nəqliyyatın hərəkətini də iflic edib. 

“Qafqazinfo” xəbər verir ki, belə hadisələrdən biri Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

“Bakubus”a məxsus olan iritutumlu BMC markalı avtomobil Şəhər şosesinin su basmış hissəsində qalıb.

Avtobusda texniki nasazlığın yarandığı və bu səbəbdən hərəkətinə davam edə bilmədiyi bildirilib.

Ərazidən görüntüləri təqdim edirik: