Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi

bu-iscilere-fasilelerin-verilmesi-yeni-qaydada-tenzimlenecek
Oxunma sayı: 400

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Yeni qanuna əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.

Həmçinin küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq. Bu nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.

Məlumat üçün bildirək ki, indiyədək küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılıb.