“İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır”

iqtisadiyyatin-neft-qaz-sektorundan-asililigi-ardicil-olaraq-azalir
Oxunma sayı: 140

“Tarixi vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

“Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə olunmuş iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib: müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyükmiqyaslı sosial paketlər reallaşıb və əhalinin rifahı yüksəlib. Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib.

Möhtərəm Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub.

İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49 faiz təşkil edirdisə, cari ilin 10 ayında artıq 55 faizi ötüb. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır.

Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49 faiz təşkil edirdisə, cari ilin 10 ayında artıq 55 faizi ötüb. Mütləq rəqəmlər ilə ifadə etsək, artım daha da önəmlidir. Belə ki, bu göstərici 2021-ci ildə 12,9 milyard manat təşkil edib. 2026-cı ilin təsdiq olunmuş büdcəsi üzrə 22,2 milyard manatdır. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır”, - nazir bildirib.

Nuranə Daxilqızı