“Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”

dovlet-sirketleri-budce-ucun-gelir-menbeyine-cevrilmekdedir
Oxunma sayı: 169

“Dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyi baş verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

“Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsidir. 2020-ci ildən etibarən cənab Prezidentin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir. Holdinq idarəetmə modelinə keçid — Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”, - deyə nazir qeyd.

Nuranə Daxilqızı