“Barselona” “Nyukasl”ı darmadağın etdi

barselona-nyukasli-darmadagin-etdi
Oxunma sayı: 810

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Barselona” öz meydanında İngiltərənin “Nyukasl” klubunu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyunda qeydə alınan 1:1 hesablı heç-heçədən sonra “Kamp Nou”da əsl qol şousu yaşanıb.

Belə ki, Kataloniya təmsilçisi rəqibini 7:2 hesabı ilə darmadağın edərək adını növbəti mərhələyə yazdırıb.

“Barselona”nın heyətində qolları Rafinya (2), Robert Levandovski (2), Bernal, Lamin Yamal və Fermin Lopes vurublar. Gənc ulduzların və təcrübəli hücumçuların effektiv oyunu sayəsində “Barselona” rəqibinə heç bir şans tanımayıb.

Bu qələbə ilə 1/4 finala yüksələn “Barselona”nın növbəti rəqibi də artıq müəyyənləşib. Onlar bu mərhələdə “Tottenhem” – “Atletiko Madrid” cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, “Nyukasl” bundan öncəki pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıraraq, “Barselona”ya rəqib olmuşdu.