““Barselona”da dəyişikliklər lazımdır” - Kike Setyen

barselonada-deyisiklikler-lazimdir
Oxunma sayı: 2192

Çempionlar Liqasının 1/8 finalında “Bayern”ə 2:8 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Barselona"nın baş məşqçisi Kike Setyen açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, klubda dəyişikliklərin vacib olduğunu deyib:

“Vəzifəmə davam edib-etməyəcəyim özümdən asılı olmayacaq. Son dərəcə ağır məğlubiyyətdir. Komanda dağılmış vəziyyətdədir. Jerar Pikenin açıqlamasına isə bir söz deyə bilmirəm. Mənim bura gəlməyim 6 aydır. Yəqin ki, o, haqlıdır. Klubda dəyişikliklər lazımdır”.