Baş prokuror Sumqayıtda qəbul keçirəcək

bas-prokuror-sumqayitda-qebul-kecirecek
Oxunma sayı: 1257

Baş prokuror Kamran Əliyev dekabrın 5-i, saat 10:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayon sakinlərini qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı aidiyyəti prokurorluqlar tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.