Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Paris-2024 Yay Olimpiya Oyunlarında 2-ci görüşünə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, yığmamızın rəqibi ABŞ millisi olub. Millimiz rəqibinə 20:17 hesabı ilə qalib gəlib.
Azərbaycan komanda idman növlərində ilk qələbəsini basketbolun vətəni ABŞ üzərində qazanıb.
Xatırladaq ki, Azərbaycan millisi ilk turda İspaniyaya 16:18 hesabı ilə uduzub. Yığmamız 3-cü və 4-cü turlarda müvafiq olaraq Fransa və Almaniya ilə qarşılaşacaq. Hər iki oyun bu gün gerçəkləşəcək.
Son xəbərlər
Son Xəbərlər