Kəraçidə partlayış və güclü atışma - Xüsusi təyinatlılar hərəkətə keçdi

keracide-partlayis-ve-guclu-atisma
Oxunma sayı: 749

Pakistanın Kəraçi şəhərinin Gülüstan-e-Cövhər rayonunda güclü atışma və partlayış səsləri eşidilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin “Dawn News” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerinə xüsusi təyinatlı qüvvələr, o cümlədən Çevik Reaksiya Qüvvələri və polis komandosları göndərilib. Ərazi polis və hərbiləşdirilmiş birləşmələr tərəfindən tamamilə mühasirəyə alınıb.

Xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməsə də, xilasetmə və təcili tibbi yardım briqadaları əraziyə çatıb.